“Neftçi”nin yeni bazasında tikinti işləri DAYANIB - ÖZƏL!

“Neftçi”nin yeni bazasında tikinti işləri DAYANIB - ÖZƏL!

  • 9 Fevral 2019, 12:50

“Neftçi”nin Bakıxanov qəsəbəsində inşa etdirdiyi yeni bazada tikinti işləri dayanıb.

Sportlife.az xəbər verir ki, işlərə ötən ilin oktyabr ayında start verilsə də, tikintiyə qeyri-müəyyən müddətə "stop" qoyulub.

Əldə etdiyimiz məlumata görə, buna maliyyə çatışmazlığının yaranması səbəb olub. Bazanın tikintisi üçün həm "SOCAR"-dan, həm də "Türk Hava Yolları"ndan büdcə ayırılsa da, klub rəsmiləri həmin vəsaitin komandanın xərclərinə və transferlərə sərf olunduğunu bildiriblər. Klubun ana sponsoru olan "SOCAR" -dan isə tikintinin dayandırılması göstərişi verib. Tikinti işləri 2 ay bundan öncə dayanıb, lakin klub rəsmiləri hələlik məsələni mətbuatdan və azarkeşlərdən gizlədirlər.

Bazanın son olaraq 2019-cu ilin yayında təhvil veriləcəyi deyilmişdi. Lakin böyük ehtimalla baza bu dəfə də deyildiyi vaxtda təhvil verilməyəcək.

 SOCAR yeni büdcə ayırmasa, işlər heç də yaxşı olmayacaq. "Türk Hava Yolları"nın bu məsələyə hansı reaksiyanı verəcəyi də maraq doğurur...


Paylaş: