AFFA biletləri satışa çıxardı

  • Bu gün, 11:10

Azərbaycan milli komandasının 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində İslandiya və Fransa yığmaları ilə keçirəcəyi ev oyunlarının biletləri satışa çıxarılıb.

Sportlife.az xəbər verir ki, biletləri "ıTicket.az" saytından əldə etmək olar. İslandiya ilə matçın biletlərinin qiyməti 5, 7, 10 və 30 manat təşkil edir. Fransa ilə görüşün biletlərinin qiyməti isə 5, 7, 10, 20, 30, 50 və 200 manat arasında dəyişir.

Qeyd edək ki, noyabrın 13-də 8-ci kilometr qəsəbə stadionunda İslandiyanı qəbul edəcək Azərbaycan millisi 3 gün sonra Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa ilə üz-üzə gələcək. Hər iki qarşılaşma saat 21:00-da başlayacaq.


Paylaş: