Azərbaycan – Belçika oyununun hakimləri bəlli oldu

  • 6 Sentyabr 2023, 12:38

AÇ-2024-ün seçmə mərhələsinin Azərbaycan – Belçika oyunu üçün təyinatlar açıqlanıb.

Sportlife.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Serbiyadan olan hakimlər briqadasına həvalə edilib.

FİFA referisi Nenad Minakoviçə yan xətt hakimləri Slobodan Pavloviç və Nikola Boroviç kömək göstərəcək. Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək.

Sentyabrın 9-da “Dalğa Arena”da gerçəkləşəcək Azərbaycan – Belçika görüşü saat 17:00-da başlayacaq.


Paylaş: