Millimiz Almaniya ilə eyni qrupda

  • 10 Dekabr 2025, 14:37

17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2026/2027 mövsümü üzrə I seçmə mərhələnin püşkü atılıb.

Sportlife.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. 2-ci qrupda yer alan U-17 Almaniya, Şimali İrlandiya və Litva yığmaları ilə mübarizə aparacaq.

Millimizin oyunlarının təqvimini nəzərinizə çatdırırıq:

11 noyabr 2026-cı il

Almaniya – Azərbaycan

14 noyabr

Şimali İrlandiya – Azərbaycan

17 noyabr

Litva – Azərbaycan

Qeyd edək ki, qrupun oyunları Almaniyada keçiriləcək.


Paylaş: