Millimiz Belarusla bacarmadı

  • Dünən, 16:49

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Sportlife.az xəbər verir ki, yığmamız Belarusun paytaxtı Minskdə keçirilən təlim-məşq toplanışında ilk matçına çıxıb.

U-19 Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında ikinci yoxlama matçı fevralın 6-da baş tutacaq.


Paylaş: