
Millimiz darmadağın oldu
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində ilk oyununda məğlub olub.
Sportlife.az xəbər verir ki, B liqasının 4-cü qrupunda yer alan millimiz Şimali İrlandiya yığması ilə üz-üzə gəlib.
Albaniyanın paytaxtı Tiranada yerləşən “House of Football Natural Pitch” stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-19 növbəti oyununu fevralın 21-də meydan sahibi Albaniya seçməsinə qarşı keçirəcək.