Millimizin hücumçusu sıraya döndü
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov zədəsini sağaldıb.
Sportlife.az xəbər verir ki, bu barədə forvardın çıxış etdiyi "Motor" komandasının baş məşqçisi Mateuş Stolarski açıqlama verib.
Onun sözlərinə görə, Dadaşovla yanaşı, Arkadiuş Nayemski də sıraya dönüb. Onların bu gün Polşa çempionatının XVII turunda “Legiya” ilə matçda oynamağa hazır olduqları bildirilib.
Qeyd edək ki, hazırda “Motor” 19 xalla 13-cü, “Legiya” isə 18 xalla 14-cü pillədə qərarlaşır.