Millimizin oyunu təxirə salındı
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Şimali Makedoniya yığması ilə oyunu təxirə salınıb.
Sportlife.az xəbər verir ki, B Liqasının V qrupunun II turunda bu gün baş tutmalı olan görüş Strumitsa şəhərində hava şəraitinin əlverişsiz və meydançanın yararsız olması səbəbindən başqa vaxta keçirilib.
Qarşılaşmanın noyabrın 29-da reallaşması nəzərdə tutulub.