Millimizin qapıçısı klubunu dəyişdi
Qadın futbolçulardan ibarət millimizin qapıçısı Nərgiz Əliyeva Türkiyədə başqa komandaya keçib.
Sportlife.az xəbər verir ki, "Fatih Vətən"dən ayrılan qolkiper Superliqanın digər təmsilçisi "Sanayispor"la anlaşıb.
Bu barədə Girəsun klubunun mətbuat xidməti məlumat yayıb.