Millimizin sabiq üzvü karyerasını bitirdi
Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Sərkan Baloğlu karyerası ilə bağlı qərar verib.
Sportlife.az xəbər verir ki, milliləşdirilmiş müdafiəçi 27 yaşında futbolla vidalaşıb.
Uzun müddətdir ki, futboldan kənarda qalan Baloğlu karyerasını bitirməyi məqsədəuyğun sayıb.
"Ştutqart”ın yetirməsi olan futbolçu “Kayserispor”, “Eyüpspor” və “Pforzheym” klublarında oynadıqdan sonra klubsuz qalıb.
Qeyd edək ki, Sərkan Baloğlu U-21 yığmamızda 8 matça çıxıb.