Millimizin təlim-məşq toplanışına başlayacağı tarix müəyyənləşdi

  • 26 Avqust 2023, 12:43

AVRO-2024-ün seçmə mərhələsində Belçika, yoldaşlıq oyununda isə İordaniya ilə üz-üzə gələcək Azərbaycan millisinin təlim-məşq toplanışına başlayacağı tarix bəlli olub.

Sportlife.az-ın məlumatına görə, hazırlıq prosesi sentyabrın 3-də Milli komandaların Məşq Mərkəzində start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 9-da Belçikanı, üç gün sonra isə İordaniyanı qəbul edəcək.


Paylaş: