"Bu il ikinci titulu qazanmaq istəyirik" - MÜSAHİBƏ

  • 18 Aprel 2024, 11:37

“Qarabağ”ın futbolçusu Marko Veşoviçin Sportlife.az-a müsahibəsini təqdim edirik.

"Sabah"la oyunu necə dəyərləndirirsən?

- Bu, futboldur və uzun mövsüm ərzində uduzmaq normaldır. Oyunda çoxlu qol imkanlarımız oldu, amma alınmadı. “Sabah” şanslarından istifadə etdi.

Çempion olmağın verdiyi arxayınlığı məğlubiyyətin səbəbi saymaq olar?

- Mən bu fikirlə razı deyiləm. Dediyim kimi, bəzən uduzmaq da mümkündür. Bu gün hamı məşq edir və növbəti rəqib üçün hazırlaşır.

Qarşıda "Qəbələ" ilə oyun var. Bu matçdan gözləntilərin nədir?

- “Qəbələ” ilə oyun bütün digər oyunlar kimidir. Meydana çıxıb, qalib gəlməyə və yaxşı oyun göstərməyə çalışacağıq.

Azərbaycan Kubokunda "Neftçi" ilə oyununuz var. İlk matçdakı qələbədən sonra bu görüşü formal sayırsan?

- “Neftçi” ilə kubokda ikinci oyun bizim üçün vacibdir. Sərfəli nəticəmiz var və hər şey öz əlimizdədir. Bu il ikinci titulu qazanmaq istəyirik.

Sənin üçün bu mövsüm ən yaddaqalan oyun hansı idi?

- Şübhəsiz ki, “Braqa” ilə oyun idi. Heyrətamiz atmosfer və oyun zamanı baş verən hər şey... İnanılmaz gecə idi.

Polşa, Xorvatiya və Serbiyada oynamısan. Səncə bu ölkələrlə Azərbaycan futbolu arasında əsas fərqlər nədir?

- Həmin ölkələrdə insanlar futbolun dəlisi olurlar. Onlar klublarını sevirlər və gəlib stadionda oyunu izləmək üçün səbirsizlənirlər. Bu fakt futbolu başqa səviyyəyə gətirir.

 

Qulammirzə Səfərli


Paylaş: