Budapeştdə növbəti qələbələr gəlib
Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 2-ci tura yekun vurulub.
Sportlife.az xəbər verir ki, hesabat turunda ölkəmizin kişilərdən ibarət yığması Finlandiyanı məğlub edib 3,5-0,5. Aydın Süleymanlı heç-heçə oynayıb. Nicat Abasov, Rauf Məmmədov və Məhəmməd Muradlı partiyanı qələbəylə başa vurub.
Qadınlardan ibarət Azərbaycan yığma isə Avstraliyanı üstələyib 3-1. Günay Məmmədzadə və Xanım Balacayeva rəqibini məğlub edib. Gövhər Beydullayeva ilə Gülnar Məmmədova heç-heçəylə kifayətlənib.
İki turdan sonra komandalarımız 4 xalla liderlər qrupunda yer alıb.