İlk rəqiblər Nikaraqua və İordaniya
Bu gün Budapeştdə (Macarıstan) Ümumdünya Şahmat Olimpiadasına start veriləcək.
Sportlife.az xəbər verir ki, turnirin ilk mərhələsində Azərbaycanın qadın şahmatçılardan ibarət yığması Nikaraqua komandası ilə qarşılaşacaq. Komandamızın tərkibində Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Baladjayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova yer alır.
Azərbaycanın kişilərdən ibarət şahmat yığması isə İordaniya komandası ilə mübarizə aparacaq. Bu qarşılaşmada komandamızı Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Maqomed Muradlı təmsil edəcək.