Kişi samboçularımız Avropa çempionatında dörd medal qazanıblar

  • 20 Aprel 2023, 17:45

İsrailin Hayfa şəhərində keçirilən sambo üzrə Avropa çempionatında kişilərin yarışına yekun vurulub.

Sportlife.az Azərbaycan Sambo Federasiyasına istinadla xəbər verir ki, millimiz çempionatda dörd medal qazanıb. Belə ki, Mirfəttah Seyidəliyev (64 kq) gümüş, Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) bürünc medala sahib olublar.

Yarışlarda Azərbaycan ilə yanaşı, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan, Almaniya, Yunanıstan, İsrail, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kipr, Latviya və digər ölkələrdən idmançılar iştirak edirlər.

Aprelin 21-də gənc samboçular Avropa çempionatında mübarizəyə qoşulacaqlar. Ölkəmizin idman şərəfini Sahib Babayev (58 kq), Abdurrahman Səbzəliyev (64 kq), Canəli Əlizadə (71 kq), Səməd Şıxıyev (79 kq), Sadiq Zeynallı (88 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) qoruyacaqlar.

Millimiz baş məşqçi Vahid Tarverdiyev, məşqçilər Cabir İsmayılov və Elçin İbrahimovun rəhbərliyi altında mübarizə aparacaqlar.


Paylaş: