Samboçulardan Avropa çempionatında 4 medal

  • 21 Aprel 2023, 17:56

Azərbaycanın sambo millisi İsrailin Hayfa şəhərində keçirilən Avropa çempionatında 4 medal qazanıb.
 
Sportlife.az Azərbaycan Sambo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Mirfəttah Seyidəliyev (64 kq) gümüş, Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) isə bürünc medal qazanıblar.
 
Qeyd edək ki, Avropa çempionatı yeniyetmə və gənc samboçuların yarışı ilə davam edir. Qitə birinciliyi aprelin 23-də başa çatacaq.


Paylaş: