Şahmat millimiz dünya çempionatının 1/4 finalına yüksəldi

Şahmat millimiz dünya çempionatının 1/4 finalına yüksəldi

  • 22 Noyabr 2022, 22:33

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatının sonuncu qrup oyununda ev sahiblərini 2,5:1,5 hesabı ilə məğlub edib.

Bu matçda komandamıza Şəhriyar Məmmədyarovla Qədir Hüseynov hərəyə 1, Rauf Məmmədov 0,5 xal qazandırıblar.

Azərbaycan millisi 7 xalla qrup ikincisi kimi 1/4 finala yüksəlib. Komandamız növbəti mərhələdə İspaniya kollektivi ilə mübarizə aparacaq.

 


Paylaş: