BDU tələbələri arasında stolüstü tennis üzrə turnir keçirilib

  • 18 Aprel 2023, 17:59

Aprelin 18-də “Baku Office Centre”də Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, “Baku Table Tennis” klubunun və Bakı Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində ali təhsil müəssisəsinin tələbələri arasında stolüstü tennis üzrə rayon turniri keçirilib.

Sportlife.az xəbər verir ki, qızların yarışında Xədicə Hüseyn birinci olub. Fatimə Ələkbərova yarışı ikinci, Nərmin Rüstəmli isə üçüncü pillədə başa vurublar.

Oğlanların mübarizəsində ilk üçlükdə Şaban Bağmanov, Zülfüqar Muxtarlı və Murad Safalı yer alıblar.

Qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlar, iştirakçılar isə sertifikatlar ilə təltif olunublar.


Paylaş: