Millimiz beynəlxalq turnirdə gümüş medal qazanıb

  • 29 Aprel 2023, 11:19

Azərbaycanın stolüstü tennis üzrə U-13 millisi “Europe youth series” turnirində gümüş medal qazanıb.

Sportlife.az xəbər verir ki, Avropa Stolüstü Tennis İttifaqının Xorvatiyanın Osiyek şəhərində təşkil etdiyi yarışın qrup mərhələsində Yunanıstan, Portuqaliya və Xorvatiya seçmələrinə qalib gələn komanda 1/4 finalda Sloveniya millisini 5:1, yarımfinalda ev sahiblərini 5:0 hesabı ilə üstələyib.

Finalda isə Çexiya yığmasına 1:5 hesabı ilə uduzan kollektiv fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

Üçüncü yeri Belçika və Xorvatiya komandaları tutublar.

Qeyd edək ki, Osiyek sınaqlarında məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparıb.


Paylaş: