Rusiyalı tennisçi Mayamidə keçirilən "Masters" turnirinin finalına yüksəlib
Rusiyalı tennisçi Pavel Kotov Mayamidə keçirilən "Masters" turnirinin yarımfinalında Tayvan təmsilçisi Tunq Linq Vunu məğlub edib.
Sportlife.az xəbər verir ki, 1 saat 36 dəqiqə davam edən görüş rusiyalının 6:2, 7:6 (7:5) hesablı qələbəsi ilə başa çatıb.
Finalda Kotov Radu Albot (Moldova) və Elias Ymer (İsveç) arasında keçirilən görüşün qalibi ilə yarışacaq.