Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçiriləcək

Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçiriləcək

  • 9 Sentyabr 2023, 11:16

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş şose velosipedinin qrup ötüşməsi üzrə həvəskarlar arasında “Sürətlə pedalla” adlı yarış keçiriləcək.

Federasiyadan Sportlife.az-a verilən məlumata görə, sentyabrın 10-da baş tutacaq yarış Ağ Şəhər Bulvarı ərazisində təşkil ediləcək.

Start və finiş yeri Hərbi Qənimətlər Parkının qarşısında əks istiqamətdəki yolda olacaq.


Paylaş: