
Fərid Qayıbov CEV prezidenti ilə görüşdü
Gənclər və idman naziri Fərid Qayıbov Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriçlə görüşüb.
Sportlife.az xəbər verir ki, Gənclər və İdman Nazirliyində baş tutan görüşdə Azərbaycan ilə CEV arasında əməkdaşlıq əlaqələri, voleybolun inkişaf perspektivləri və birgə layihələr müzakirə olunub.
Tərəflər gələcək əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.