AFFA-dan Sumqayıta 800, Zirəyə 3200 manatlıq cərimə

AFFA-dan Sumqayıta 800, Zirəyə 3200 manatlıq cərimə

  • 20 Dekabr 2017, 13:27

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportlife.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Neftçi” – “Zirə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində “Zirə”nin futbolçusu Yovan Krneta hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.

“Sumqayıt” – “Qarabağ” matçının 90-cı dəqiqəsində “Sumqayıt”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.


Paylaş: