AFFA Zirə ilə Keşləni cərimə etdi, Fərhad Vəliyevi cəzalandırdı

AFFA Zirə ilə Keşləni cərimə etdi, Fərhad Vəliyevi cəzalandırdı

  • 13 Dekabr 2017, 13:24

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportlife.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Keşlə” – “Kəpəz” matçında “Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Zirə” – “Neftçi” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Qarabağ” – “Sumqayıt” matçının 88-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Fərhad Vəliyev sonuncu ümid fouluna görə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.


Paylaş: