Keşlə və Neftçi kubokun yarımfinalında!

Keşlə və Neftçi kubokun yarımfinalında!

  • 14 Dekabr 2017, 21:00

Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin iki cavab oyunu keçirilib. Sportlife.az xəbər verir ki, “Kəpəz” səfərdə 2 cavabsız qolla uduzduğu “Keşlə” ilə bu dəfə Gəncədə üz-üzə gəlib.

Beş qolun vurulduğu oyunda yenə paytaxt təmsilçisi sevinən tərəf olub. Nəticədə, yarımfinala ilk vəsiqəni "Keşlə" qazanıb.

Günün digər oyunu Bakıda baş tutub. “Neftçi” “Zirə”ni qəbul edib. Səfərdə minimal hesabla uduzan "Neftçi" bu dəfə iki cavabsız qolla qalib gələrək yarımfinala yüksəlib.

Azərbaycan kuboku
1/4 finalın cavab oyunları
14 dekabr (cümə axşamı)

“Kəpəz” - “Keşlə” 2:3 (ilk oyun 0:2)
Qollar: Ş.Rəhimov, 48. K.Abdullazadə, 79 - M.Abbasov, 33; 84. P.F.Azad, 81.
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə.
Gəncə şəhər stadionu, 13:00.

“Kəpəz”: 1. Davud Kərimi, 9. İlkin Sadıqov, 19. Aydın Qasımov, 24. Məhəmməd Qurbanov, 13. Şəhriyar Rəhimov (k), 4. Şəhriyar Əliyev, 6. Ceyhun Cavadov, 12. İlyas Səfərzadə, 18. Tural Cəlilov, 10. Tural Rzayev, 3. Dedimar Fereyra.
Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 2. Yusif Cəfərov, 7. Sergey Çernişev, 15. Azad Kərimov, 17. Əli Səmədov, 16. Azər Məmmədov, 20. Samba Dialo, 21. Novruz Məmmədov, 26. Ba Mansur Aladji, 11. Kamran Abdullazadə.
Baş məşqçi: Yunis Hüseynov.
“Keşlə”: 1. Orxan Sadıqlı, 3. Denis Silva (k), 4. Slavik Alxasov, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad, 22. İlkin Qırtımov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev.
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 2. Sertan Taşkın, 24. Fuad Bayramov, 39. Əlibəy Məmmədli, 40. Asif Vəliyev, 46. Əsəd Məsimov, 53. Emil Əliyev, 56. Ürfan İsmayılov, 58. Sinan Akkoyun, 66. Murad Qayalı, 77. Oleq Hüseynov, 81. Elvin Cəfərquliyev.
Baş məşqçi: Ramiz Məmmədov.

“Neftçi” – “Zirə” 2:0 (ilk oyun 0:1)
Qol: U.Barqas, 36. M.Abbasov, 45+1.
Qırmızı vərəqə: Y.Krneta, 90+4.
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ziya Nəsirov.
Bakı. “Bakcell Arena”, 19:00.
İlk oyun - 0:1

“Neftçi”: 94. Rəşad Əzizli, 15. Ruslan Abışov (k), 6. Rəşad Sadiqov, 21. Məhəmməd Mirzəbəyov, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 10. Derlis Meza Kolli, 9. Uqo Barqas, 17. Rəhman Hacıyev, 11. İqnasio Herrera, 22. Mirabdulla Abbasov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 27. Məqsəd İsayev, 26. Ömər Buludov, 20. Elnur Süleymanov, 23. Tərzin Cahangirov, 7. Namiq Ələsgərov, 19. Fəhmin Muradbəyli, 16. Pavel Dreksa, 3. Mateo Mujek.
Baş məşqçi: Tərlan Əhmədov.
“Zirə”: 85. Kamal Bayramov (k), 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 8. Milan Duriç, 9. David Manqa, 11. Viktor İqbekoyi, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 38. İlkin Muradov, 43. Riçard Qadze.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 10. Orxan Əliyev, 17. Vüsal İsgəndərli, 19. Elgün Nəbiyev, 21. Murad Səttarlı, 57. Kənan Zülfüqarov, 74. Yusif Nəbiyev, 88. Milad Bayramov, 87. Müşfiq İlyasov, 99. Nicat Qurbanov.
Baş məşqçi: Ayxan Abbasov.


Paylaş: