Sumqayıt Qarabağla oyun öncəsi azarkeşlərinə səsləndi

Sumqayıt Qarabağla oyun öncəsi azarkeşlərinə səsləndi

  • 14 Dekabr 2017, 18:31

"Sumqayıt" sabah 2017-ci il üçün son ev oyununa çıxacaq. Sportlife.az xəbər verir ki, komanda doğma meydanda Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Qarabağ"ı qəbul edəcək.

Adıçəkilən qarşılaşma sabah saat 19:00-da start götürəcək. “Sumqayıt” bu oyun üçün azarkeşlərindən dəstək istəyib. Klubun yaydığı məlumatda bunları qeyd olunub:

“Bütün azarkeşlərimizi "Qarabağ"la baş tutacaq son oyunda komandamızı dəstəkləməyə dəvət edirik. “Sumqayıt”ın ilin son oyununda dəstəyinizə ehtiyacı var!”.

Xatırladaq ki, cütün ilk oyunu rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Qeyd edək ki, "Sumqayıt" Premyer Liqada ilk iki dövrədə cəmi 6 ev oyunu keçirib ki, bu qarşılaşmaları da ümumilikdə 7952 nəfər azarkeş oyunu tribunalardan izləyib.


Paylaş: