Bu onun en azi 6 heftelik siradan cixmasi demekdi

Bu onun ən azı 6 həftəlik sıradan çıxması deməkdi

  • 14 Sentyabr 2017, 17:00

"Qəbələ"nin aparıcı futbolçularından olan Filip Ozobiçin Topaz Premyer Liqasının son turunda "Zirə"ylə ev oyununda aldığı zədə ciddidi.

Sportinfo.az xəbər verir ki, komandanın həkimin Roman Jolobaylyuk sport24.az-a açıqlamasında xorvatiyalı yarımmüdafiəçinin sümüyün qırıldığını bildirib. Bu üzdən Filipin tam sağalması uzun müddət çəkəcək:

"Ozobiçi hərtərəfli müayinə etdikdən sonra zədəsinin belə olduğu aşkarlandı. Bu isə ən azı 6 həftəlik sıradan çıxması deməkdi. Artıq müalicə prosesinə başlamışıq. İndiki dövrdə ona ilk növbədə dinclik lazımdı. Zaman futbolçu üçün ən yaxşı əlacdı".   

Məlum olduğu kimi, Filip həmin oyunun 53-cü dəqiqədə əvəzləndikdən 5 dəqiqə sonra "Qəbələ"nin digər legioneri - fransalı hücumçusu Stiven Jozef-Monroz eyni aqibətlə üzləşdi. Ukraynalı həkim bu legionerin zədəsinin ciddi olmadığını söyləyib:

"Stivenin əzələsində problem var. O, fərdi proqram əsasında çalışır. Hardasa 10 günə sağalmalıdı. Qarşıdakı turda "Səbail"ə qarşı oynamayacağı dəqiqdi. Bundan sonra "Neftçi"ylə ev oyununadək hazır olmasına çalışacağıq".


Paylaş: