Kəpəz bu mövqedə olan problemini həll etdi

Kəpəz bu mövqedə olan problemini həll etdi

  • 8 Dekabr 2017, 19:00

Qış transfer dönəmində "Kəpəz"in heyətinə qatacağı futbolçulardan biri dəqiqləşib. Sportlife.az xəbər verir ki, Gəncə təmsilçisi bu işə qapıçı mövqeyini gücləndirməklə başlayacaq.

 Davud Kəriminin oyunundan çox da razı olmayan Yunis Hüseynov "Keşlə"nin "əlcək sahibi" Orxan Sadıqlıya təklif göndərib. Hazırda paytaxt klubu ilə 6 aylıq müqaviləsi olan Sadıqlının isə Gəncə klubu ilə yanaşı "Qəbələ"dən də təklifi var. İkinci komanda daha iddialı olsa da, Bezatosnı ilə rəqabətə girilməyəcəyini bilən Orxan, "Kəpəz" variantına müsbət baxır. 


Paylaş: