Premyer Liqada yerlilər əcnəbiləri üstələyir - BU DA FAKT

Premyer Liqada yerlilər əcnəbiləri üstələyir - BU DA FAKT

  • 11 Dekabr 2017, 20:00

Premyer Liqanın II dövrəsi başa çatıb.

Sportlife.az saytının məlumatına görə, keçirilən 56 qarşılaşmada qapılara 138 qol vurulub. Çempionatın orta məhsuldarlığı 2,46-ya bərabərdi.

Premyer Liqanın ən məhsuldar klubu “Qəbələ” 28, qol sevincini unutmaqda olan komandalar -“Keşlə” və “Səbail” isə cəmi 9 dəfə rəqib qapısına yol tapıblar. Çempionatın bombardiri Baqali Dabo təkbaşına “Keşlə” və “Səbail” qədər – 9 qol vurub.

Premyer Liqanın ilk 2 dövrəsi yerli futbolçuların üstünlüyü ilə keçib. 138 qoldan 76-nı yerli, 62-ni əcnəbilər vurub.

Mirələm Həsənli


Paylaş: