Qəbələ yeni müqavilə bağladı

Qəbələ yeni müqavilə bağladı

  • 5 Dekabr 2017, 14:25

“Qəbələ” İdman Klubu ilə AVIS Azərbaycan şirkəti arasında tərəfdaşlıq müqaviləsi yenilənib. Sportlife.az-ın verdiyi məlumata görə, müqaviləyə əsasən, AVIS “qırmızı-qaralar”i daha 1 il  nəqliyyat vasitələri ilə təmin edəcək.

AVIS reklamları “Qəbələ”nin ev oyunlarının keçirildiyi meydançanın ətrafındakı reklam lövhələrində, oyun sonrası mətbuat konfranslarında arxa fon lövhəsində və klubun rəsmi saytında yerləşdiriləcək.

Bundan əlavə, hər iki qurum keçirəcəkləri sosial məsuliyyət və ya marketinq kampaniyalarında bir-birilərini dəstəkləyəcək və birgə fəaliyyət göstərəcəklər.


Paylaş: