Ramil Şeydayev Avropa klublarının maraq dairəsindədi – ÖZƏL AÇIQLAMA

Ramil Şeydayev Avropa klublarının maraq dairəsindədi – ÖZƏL AÇIQLAMA

  • 20 Dekabr 2021, 14:31

Polşa, Macarıstan və Belçika klubları “Qarabağ”ın futbolçusu Ramil Şeydayevlə maraqlanır.

Bu barədə Sportlife.az-a açıqlamasında Şeydayevin meneceri Anton Astafiyev məlumat verib. O, bildirib ki, Belçika klubu onun millidəki və klubdakı çıxışını izləməkdə davam edir.

Bizim əldə etdiyimiz məlumata görə, Şeydayevin xidmətində maraqlı olan klublar “Lex” (Polşa) , “Ferentsvaroş” (Macarıstan) və “Gent”dir ( Belçika).


Paylaş: