Real Madrid ve ispaniya millisinin sabiq futbolcusu Qebele ile anlasdi! , Fransisko Xavyer Ernandes Qonzales hücumameylli yarımmüdafiəçidi

Real Madrid və İspaniya millisinin sabiq futbolçusu Qəbələ ilə anlaşdı!

  • 15 İyun 2017, 18:48

"Qəbələ" ilk legioner transferini reallaşdırıb. 

Sportlife.az xəbər verir ki, “qırmızı-qaralar” ispaniyalı Fransisko Xavyer Ernandes Qonzaleslə 1 ili şərti olmaqla, 2 illik müqavilə imzalayıb. Ernandes İspaniyanın U-19 milli komandasının və “Real”ın yeniyetmələrdən ibarət komandasının şərəfini qoruyub.

1989-cu ildə Salamanka şəhərində anadan olan Hücumameylli yarımmüdafiəçi peşəkar karyerasına 2008-ci ildə  başlayıb. Futbolçu “Real”ın B komandasına çıxış edib. 2011-ci ilədək bu komandada oynayan Xavi icarə əsasında İsveçin “Halmstad” (2011) klubunda da oynayıb. Ardınca vətənində “Salamanka” (2011-2013), “Ourense” (2013-2014) və “Burqos”un (2014-2015) şərəfini qoruyan yarımmüdafiəçi Rumıniyada “Poli Timişoara”da (2015-2016), Polşada “Qurnik Lençna”da (2016-2017) legioner həyatı yaşayıb.


Paylaş: