Boks yigmamiz dunya cempionatina onsuz qatilacaq, bu gun Leonid Loivskinin rehberliyi

Boks yığmamız dünya çempionatına onsuz qatılacaq

  • 8 Avqust 2017, 18:00

Kişi boksçularımızın dünya çempionatına hazırlığı davam edir.

Sportlife.az xəbər verir ki, bu gün Leonid Loivskinin rəhbərliyi ilə komanda təlim-məşq toplanışının ikinci hissəsini  başa vurub. Sabah hazırlığın son mərhələsi başlayacaq.

Yığmamız məşqlərini əvvəlki 2 mərhələdə olduğu kimi Boks Mərkəzində keçəcək. Texniki-taktiki hazırlıqda mundiala qatılacaq Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) iştirak edəcəklər.

Dünya çempionatına lisenziya qazanan Abdulqadir Abdullayev (91 kq) isə toplanışdan kənar qalıb. Buna səbəb onun hazırlıqda zədələnməsidir. Abdullayevin müalicəsinə başlanılıb. Lakin onun zədə səbəbindən dünya çempionatına yollanması sual altına düşüb.

Üçüncü mərhələ başa çatdıqdan sonra yığmamız dünya çempionatının keçiriləcəyi Almaniyanın Hamburq şəhərinə yollanacaq.

Qeyd edək ki, avqustun 25-də start götürəcək mundial sentyabrın 3-də başa çatacaq. 

 


Paylaş: