Çelsiyə məğlubiyyətdən sonra Qarabağ futbolçulara pul payladı

Çelsiyə məğlubiyyətdən sonra Qarabağ futbolçulara pul payladı

  • 23 Noyabr 2017, 17:20

Bu gün "Qarabağ" futbolçuları rəhbərliyin onlar üçün vəd etdiyi pul mükafatlarını alıblar.

Sportlife.az-ın əldə etdiyi özəl məlumata görə, Ağdam klubu U-19 komandasının üzvlərinə UEFA Gənclər Liqasının 4-cü turunda "Atletiko" üzərində səfərdə qazandıqları qələbəyə görə 1000 manat verilib.

Qeyd edək ki, "Qarabağ"ın gəncləri dünən doğma meydanda "Çelsi"yə 1:3 hesabıyla məğlub olmuşdu. 


Paylaş: