Cempionlar Liqasinin himni ilk defe Bakida, pley-off merhelesinde Danimarkanin Kopenhagen klubuna reqib olan Qarabagin oyunlarinin

Çempionlar Liqasının himni ilk dəfə Bakıda

  • 5 Avqust 2017, 15:52

Püşk nəticəsində Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın "Kopenhagen" klubuna rəqib olan "Qarabağ"ın oyunlarının vaxtı müəyyənləşib.

Sportlife.az xəbər verir ki, komandalar arasındakı ilk oyun Bakıda, avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq. Cavab matçı isə avqustun 23-də Kopenhagenin “Parken” stadionunda Bakı vaxtı ilə saat 22:45-də oynanılacaq.

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsində yarışın himni səslənir və azarkeşlər ilk dəfə olaraq Bakıda bu əzəmətli himni eşidəcəklər.

 


Paylaş: