Kopenhagenin futbolcusu: Qarabag tipik Asiya komandasidi, Peter Ankersen Qarabagla Cempionlar Liqasindaki oyunla bagli danisarken Agdam temsilcisin tipik

Kopenhagenin futbolçusu: Qarabağ tipik Asiya komandasıdı

  • 4 Avqust 2017, 18:42

"Düşünürəm ki, "Qarabağ"a qarşı 2 eyni səviyyədə matç olacaq. Mən 3 il əvvəl "Zalsburq"da oynayanda Bakıda 1:2 onlara uduzmuşduq. Düzdür, biz 80 dəqiqə onlardan üstün olmuşduq. Ancaq biz gördük ki, onlarda elə oyunçular var ki, bizim oyun üslubumuzu poza bilər".

Sportlife.az xəbər verir ki, bu sözləri "Kopenhagen"in sağ cinah müdafiəçisi Peter Ankersen "Qarabağ"la Çempionlar Liqasındakı oyunla bağlı danışarkən bildirib. Ankresen Ağdam təmsilçisini tipik Asiya komandası olduğunu deyib:

Əgər biz 100% oyuna köklənsək, bizim mərhələ keçmək üçün çox böyük imkanımız olacaq. Onlar bir az tipik Asiya komandasıdır. Stadionlarında yaxşı azarkeş atmosferi olur. 

"İkinci oyunu evdə keçirməyimiz çox böyük üstünlük deyil. Ancaq bilirsən ki, ikinci oyunda hər şey həll olunacaq və birinci matçda artıq komandalar bir-birini tanımış olur. Bu baxımdan birinci oyunun səfərdə olması yaxşıdır. Ümid edək ki, orda qol vuracağıq".


Paylaş: