UEFA Kopenhagenin Maksim Medvedevle bağli sikayetine baxdi, pley-off merhelesindeki reqibi olan Kopenhagenin UEFA-ya şikayət məktubu

UEFA Kopenhagenin Maksim Medvedevlə bağlı şikayətinə baxdı

  • 17 Avqust 2017, 17:30

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan “Kopenhagen”in UEFA-ya şikayət məktubu yazdığı barədə məlumat vermişdik.

Sportlife.az xəbər verir ki, danimarkalılar təmsilçimizin 1:0 hesabı ilə qalib gəldiyi oyunda Maksim Medvedevin rəqibin futbolçusu Pyer Benqtssonu top uğrunda mübarizə zamanı bilərəkdən vurduğunu, buna görə də Maksimin cəzalandırılmasını istəyib.

Lakin, “Kopenhagen”in bu iddiasını UEFA tərəfindən rədd edilib. Nəticədə Maksim Medvedevə heç bir cəza verilməyib.


Paylaş: