Cüdoçumuz Sofiyada bürünc medal qazandı

Cüdoçumuz Sofiyada bürünc medal qazandı

  • 4 Fevral 2018, 23:17

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən cüdo üzrə Avropa kuboku yarışına yekun vurulub. Sportlife.az xəbər verir ki, beynəlxalq turnirin son günündə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb.

+100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşangi Kokauri bürünc medal qazanıb. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Stanislav Bondarenkoya qalib gəlib.

Qeyd edək ki, qitə kuboku uğrunda turnirdə Avropanın 29 ölkəsindən 244 cüdoçu mübarizə aparıb. Azərbaycan cüdoçuları Sofiya turnirində 1 qızıl və 1 bürünc medal qazanıb. Beynəlxalq turnirin ilk günü Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək çempion olub.


Paylaş: