Fenerbagcada zede soku: İki futbolcu vacib oyunu buraxacag, konyaspor

Fənərbağçada zədə şoku: İki futbolçu vacib oyunu buraxacaq

  • 23 Dekabr 2017, 20:00

"Fənərbağça" ciddi itki ilə üzləşib. Sportlife.az xəbər verir ki, "sarı-lacivərt"lilər Superliqanın növbəti turu çərçivəsində səfərdə "Konyaspor"la vacib duelə iki aparıcı üzvündən məhrum çıxacaq.
 
Söhbət Vinsent Yanssen və İsmail Köybaşıdan gedir. Türkiyə mətbuatının yaydığı məlumata görə hər iki oyunçu zədəli olduqları üçün "Konyaspor"la görüşü tribunadan izləməli olacaq. Onları Roberto Soldado və Hasan Ali Kaldırımın əvəzləməsi gözlənilir.
 
Qeyd edək ki, bu gün keçiriləcək matçda "Fənərbağça" qələbə qazanarsa bir oyun artıq keçirməklə turnir cədvəlində liderliyə yüksələcək.

Paylaş: