FUTBOL FEDERASİYASININ PREZİDENTİ VƏFAT ETDİ

FUTBOL FEDERASİYASININ PREZİDENTİ VƏFAT ETDİ

  • 9 İyun 2018, 17:00

Kosovo Futbol Federasiyasının prezidenti Fadil Vokri vəfat edib.

Sportlife.az  qurumun saytına istinadən xəbər verir ki, 58 yaşlı funksioner bu gün ürək tutmasından dünyasını dəyişib. 

Səhər idmanı zamanı səhhətində problem yaranan F.Vokri Priştina şəhərindəki xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Kosovo yığması UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alıb. 


Paylaş: