Premyer Liqa klubu baş məşqçisini qovdu

Premyer Liqa klubu baş məşqçisini qovdu

  • 24 Fevral 2019, 18:45

İngiltərənin “Lester Siti” klubu baş məşqçisi Klod Pyuellə yollarını ayırıb.

Sportlife.az xəbər verir ki, bu barədə “tülkülər”in rəsmi saytı məlumat yayıb. Komandanın son turlardakı uğursuz çıxışına görə, 57 yaşlı mütəxəssislə yolların ayrıldığı bildirilir.

Pyuel 2017-ci ilin oktyabrından “Lester Siti”ni çalışdırırdı.

Premyer Liqa təmsilçisi 27 turdan sonra 32 xalla 12-ci sırada yer alıb.

İngiltərə mətbuatı Pyuelin əvəzinə “Lester Siti”nin “sükanı arxasına” Rafael Benitesin gətiriləcəyini iddia edir.


Paylaş: