Aylıq 110 min izləyicisi olan SPORTLİFE.AZ saytı qeyri-müəyyən müddətə FƏALİYYƏTİNİ DAYANDIRIR!

Aylıq 110 min izləyicisi olan SPORTLİFE.AZ saytı qeyri-müəyyən müddətə FƏALİYYƏTİNİ DAYANDIRIR!

  • 21 Fevral 2018, 21:47

Fevral ayının 26-da Sportlife.az domeninin illik (20 azn) ödəniş vaxtıdı. Yəni ödəniş edilməsə sayt bağlanacaq. Çox fikirləşdikdən sonra qərara aldım ki, bu işi burada sonlandırım...
 
6 il əvvəl məhdud imkanlarla, kiçik bir komanda ilə Sportlife.az saytını yaratdıq. Bu illər ərzində bir dəfə də olsun, əlimizi vicdanımızın üstündən götürmədik, haqqın, doğrunun yanında olduq.
 
Bəli, 6 illik bir müddət ərzində oxucularla bir arada olan Sportlife.az saytı sabahdan etibarən fəaliyyətini dayandıraraq, tarixə qovuşacaq. Belə bir qərarı qəbul etmək çətin olsa da, fəaliyyətimizi qeyri-müəyyən müddətə dayandırmaq məcburiyyətindəyik.
 
Bu günə kimi bu əziyyətli yolda bizə dəstək olan, bizi oxuyan, dəyər verən hər kəsə, hər bir oxucuya təşəkkür edirik. Var olun!
 
MİRƏLƏM HƏSƏNLİ

Paylaş: