CBC Sport AÇ-nin yayım hüququnu aldı

CBC Sport AÇ-nin yayım hüququnu aldı

  • 20 Yanvar 2018, 16:08

Yanvarın 30-da Sloveniyanın paytaxtı Lyublyanada start götürəcək və Azərbaycan milli komandasının da iştirak edəcəyi Avropa çempionatını yayımlayacaq telekanal müəyyənləşib. Sportlife.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu hüquqa CBC Sport yiyələnib.

Telekanal yalnız yığmamızın iştirakı ilə keçiriləcək oyunları deyil, çempionatın bütün qarşılaşmalarını yayımlamaq hüququna sahib çıxıb. Buna görə də CBC Sport hər bir oyunu ekrana gətirməyi düşünür.

Qeyd edək ki, çempionata fevralın 10-da yekun vurulacaq.


Paylaş: