Ceyhun Sultanov Neftçinin üzvlərinə təqdim olundu

Ceyhun Sultanov Neftçinin üzvlərinə təqdim olundu

  • 21 Fevral 2018, 16:06

“Neftçi” Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığını davam etdirir. Sportlife.az xəbər verir ki, "ağ-qaralar" bu gün İsmət Qayıbov adına bazada məşq edib.

Yağışlı hava şəraitində keçən məşqin əvvəlində klubun yeni idman direktoru Ceyhun Sultanov komandaya təqdim olunub.

Fevralın 24-də 8-ci km stadionunda olacaq “Neftçi” - “Zirə” oyunu saat 18:00-da başlanacaq.


Paylaş: