Ramazanda idmanla mesgul olanlar nelere diqqet yetirmelidi? ,  kisi trenajor su yer

Ramazanda idmanla məşğul olanlar nələrə diqqət yetirməlidi?

  • 28 May 2017, 09:00

İdmanla məşğul olan şəxs oruc tuta bilərmi? Məşq prosesinin müddəti nə qədər olmalıdır? Orucluqda məsləhət edilməyən idman növləri hansılardır? 

Sportlife.az xəbər verir ki, artıq çəkidə problemlər yaşayan bəzi insanlar ramazan ayını arıqlamaq üçün fürsət bilir və iftarda yemək yeməklə istəklərinə çatacaqlarını düşünürlər. Lakin bu cür qidalanma nəinki arıqlamağa, hətta çəkinin artmasına da səbəb ola bilər. Metobolizmin sürətinin zəifləməsi, imsaqla iftarın günün ən hərəkətsiz saatlarına düşməsi və fiziki güc sərfinin ramazanda azalması səbəbi ilə çəki artımı da baş verə bilər. Bunun qarşısını necə almaq olar:

Hər yaş qrupu üçün: iftardan 1-1,5 saat öncə 45-60 dəqiqə sakit templə yürüş.

Hər yaş qrupu üçün: iftardan 2-2,5 saat sonra 45-60 dəqiqə sakit templə yürüş.

30 yaşa qədər: iftardan 2 saat sonra 30 dəqiqə bir qədər yüksək templi yürüş.

30-45 yaş arası olanlar üçün: iftardan sonra 45 dəqiqə sakit templə yürüş

 

Ramazan ayında nələri etmək məsləhət deyil?

 Kardio məşqləri (Səhər sübhdən);
İftardan dərhal sonra tempi yüksək olan yürüş
İftardan əvvəl və sonra tempi yüksək olan məşq proqramları;
Oruc ola ola üzmək, sauna və buxardan istifadə.

Oruclu halda məşq etmək olarmı?

Günortadan sonra məşq etmək olar, lakin qanda şəkərin düşməsi və metabolizmin dəyişməsi  problemlərə səbəb ola bilər. Ən uyğun vaxt imsak və iftardan 2-3 saat sonradır.

Məşqlərin müddəti və ağırlıq gücü önəmlidirmi?

Uzun müddət məşğul olduğu idman növünü oruc tutan zaman buraxmasına ehtiyac yoxdu. Çünki orqanizm artıq bu məşqlərə öyrəşib və adaptasiya olub. Lakin oruc tutursunuzsa məşqin gücü və müddəti azaldılmalıdı.

Oruc tutan kişilərə hansı idmandan uzaq olmaq məsləhətdi?

 Oruc tutmusunuzsa ekstremal idman növlərindən uzaq olmalısız. Uzun müddət qaçmaq da təhlükəli hesab edilir.

Oruc müddətində buraxılması vacib olan məşqlər hansılardır?

Gücü az olan məşqlər davam etdirilə bilər, lakin yüksək ağırlığı olan məşqlərdən uzaq olmaq məsləhətlidi. Xüsusən də kardio yönümlü məşqləri müvəqqəti dayandırın. Məşq zamanı tərləmə yolu ilə orqanizminizin çoxlu mayə itkisi ilə üzləşəcəyinə hazır olun. Ürək döyüntülərinin və təzyiqin isə oruc olub tutmaqla heç bir əlaqəsi yoxdur.

Oruc tutanlara məsləhətiniz?

Oruc tutan kişilər gün ərzində ağır olmayan məşqləri edə bilərlər. Peşəkar idmanla məşğul olanlar oruc tutarlarsa sağlamlıqlarında problemlər yarana və göstəriciləri azala bilər.

Oruc tutanlar Ramazan ayında yeni məşqə başlaya bilərlər?

Oruc tutan insanın ramazan ayında yeni məşqə başlaması düzgün deyil. Belə ki, onun orqanizmi bu məşqlərə öyrəşmədiyi üçün yorğunluq hiss edəcək. Buna görə də yeni məşqlərə başlamaq üçün orucluğun başa çatmasını gözləməyiniz məsləhətdir.


Paylaş: