Dunya ucuncusu olan serbest gulescilerimiz Vetene qayidiblar,  yeniyetmelerin Dunya cempionati serbest gules yigmamiz paytaxt Afinadaki

Dünya üçüncüsü olan sərbəst güləşçilərimiz Vətənə qayıdıblar

  • 12 Sentyabr 2017, 12:23

Yunanıstanda keçirilən yeniyetmələrin Dünya çempionatı başa çatıb. 

Sportlife.az xəbər verir ki, sərbəst güləş yığmamız paytaxt Afinadakı çempionatda 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanmaqla komanda hesabında dünya üçüncüsü olub. Əlihəsən Əmirli (42 kq) qızıl, Mahir Məmmədzadə (50 kq), Turan Bayramov (58 kq) və Davud İbrahimov (69 kq) gümüş, Hacımurad Hacıyev (63 kq)  isə yığmamıza bürünc medal qazandırıb. İdmançılarımız bu gün Vətənə qayıdıb. 

  Ümumilikdə isə güləş yığmalarımız çempionatı 3 qızıl, 5 gümüş və 2 bürünc medalla başa vurub. Yığma komandamızın üzvləri yunan-Roma güləşi yarışlarında 1 qızıl və 2 gümüş, yeniyetmə qızların yarışında isə 1 qızıl və 1 bürünc medala sahib olub.  

Pəhləvanlarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Güləş Federasiyasının rəsmiləri, yığma komandanın məşqçiləri, idmançıların ailə üzvləri və KİV nümayəndələri qarşılayıb.


Paylaş: