Sahib Ələkbərova yeni vəzifə verildi

Sahib Ələkbərova yeni vəzifə verildi

  • 24 Oktyabr 2017, 14:48

Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb.

Sportlife.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, federasiyanın prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə federasiyanın I vitse-prezidenti Namiq Əliyev tutduğu vəzifədən azad edilib.


Bu vəzifənin icrası müvəqqəti olaraq Ələkbərov Sahib Nurəddin oğluna həvalə edilib. S.Ələkbərov həm də Azərbaycan Velosiped İdmanı Federasiyasının I vitse-prezidentidi.


Paylaş: