Karateçimiz erməniyə şans vermədi - 5:0 - FOTO

Karateçimiz erməniyə şans vermədi - 5:0 - FOTO

  • 3 Fevral 2018, 07:00

Yeniyetmə karateçilərimiz Rusiyanın Soçi şəhərində keçirilən qitə çempionatının ilk günündə 2 qızıl medal qazanıblar.

Sportlife.az xəbər verir ki, Tale Yaqubov (-63 kq) və Polina Qurenko (-47 kq) bütün rəqibləri üzərində qələbə qazanaraq Avropa çempionu olublar.

Yeni ukraynalı legioner Qurenko final döyüşü də (8:0) daxil olmaqla, altı görüşdən üçünü vaxtından əvvəl ən azı 8 xal fərqli üstünlüklə başa vurub. Mükafatlandırma mərasimində idmançılarımıza qızıl medalları Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov təqdim edib.

Kata yarışlarında təsəllverici görüşlərə qatılan Roman Heydərov bürünc mükafatın bir addımlığında mübarizəni dayandırıb. Ermənistanlı idmançını Davit Davtyana heç bir şans vermədən 5:0 hesabı ilə məğlub edən Osman Osmanlı (+70 kq) da mükafata gedən yolda ani bir səhv üzündən qələbəni əldən verib.


Paylaş: