13 rəqəmi Qurban Qurbanov üçün niyə sevimlidi?

13 rəqəmi Qurban Qurbanov üçün niyə sevimlidi?

  • 8 Noyabr 2017, 10:00

Qurban Qurbanovu yığmanın yeni baş məşqçisi kimi mediaya təqdim edən AFFA prezidenti Rövnəq Abdullayev ona üzərində Avropa çempionatı 2020, arxasında isə 13 olan yığmanın formasını təqdim etdi və jurnalistlərə niyə məhz bu nömrəli formanı verdiyini belə izah etdi: “Bildiyiniz kimi, növbəti qitə çempionatı Avropanın 13 şəhərində keçiriləcək. Onlardan biri də Bakıdı. Bunu nəzərə alıb, millinin yeni baş məşqçisinə 13 nömrəli formanı təqim etdik”.
Rövnəq müəllim ictimaiyyət arasında nəhs rəqəm kimi qəbul olunan 13-ü Qurban Qurbanova sırf simvolik təqdim etdiyini bildirsə də, əslində bu, millinin yeni çalışdırıcısının sevdiyi rəqəmdi.

Sportlife.az xəbər verir ki, 45 yaşlı mütəxəssis aprelin 13-də dünyaya göz açıb. İşlətdiyi mobil nömrələrdən birinin də sonu –13-13 ilə bitir.

İdarə etdiyi avtomobilin dövlət qeydiyyat nömrəsi də 013-dü. Bundan başqa, Qurban bəy yığmanın şərəfini qoruyan illərdə bir ara 13 nömrəli forma ilə meydana çıxıb. Odu ki, bir çoxlarının nəhs rəqəm kimi qəbul etdiyi 13 Qurbanova uğur gətirir. Ümid edirik ki, Qurban bəy uğurlu məşqçilik fəaliyyətini yığmada da davam etdirəcək. ("Futbol plus" qəzeti)


Paylaş: