Meydanda canimi qoymaga haziram,Sukur Allaha her sey qaydasindadi. Adaptasiya barede ise hec bir problemim olmadi. Sportlife.az xeber verir ki, bu sozleri milli komandamizin

Meydanda canımı qoymağa hazıram

  • 30 Avqust 2017, 11:06

“Məni normal qarşıladılar millidə. Şükür Allaha hər şey qaydasındadı. Adaptasiya barədə isə heç bir problemim olmadı".

Sportlife.az xəbər verir ki, bu sözlər milli komandamızın üzvü Təmkin Xəlilzadəyə məxsusdu. 24 yaşlı yarımmüdafiəçi Norveç və San-Marino ilə oyunlar barədə bunları deyib: 

"Robert Prosineçki ilə fərdi, hər hansı danışığımız olmayıb. Amma hər şey qaydasındadı. Norveç və San-Marino ilə matçlarda oyamaq? Bu barədə bir söz deyə bilmərəm. Çünki baş məşqçinin verəcəyi qərardı. Mən başımı aşağı salıb məşqlərimi edirəm. Start heyətində kimlərin olacağına Robert Prosineçki qərar verir. Şans verilsə, maksimum yararlanmağa çalışacam. Milli üçün əlimdən gələni ən yaxşısını edəcəm, meydanda “canımı” qoymağa hazıram”.

(Azerisport.com)


Paylaş: